...

Dünya Bankı Azərbaycanda dövlət agentliklərində kadr potensialının artırılması layihəsini həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2010 15:41 (UTC +04:00)
Dünya Bankının (DB) missiyası infrastruktur layihələrin reallaşmasında fəaliyyət göstərən dövlət agentliklərində kadr potensialının artırılması layihəsinin həyata keçirilməsinə başlanması məqsədilə Bakıya gəlib.

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir N.İsmayılova/

Dünya Bankının (DB) missiyası infrastruktur layihələrin reallaşmasında fəaliyyət göstərən dövlət agentliklərində kadr potensialının artırılması layihəsinin həyata keçirilməsinə başlanması məqsədilə Bakıya gəlib. Bu barədə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən deyilib ki, Elizabet Vanqın başçılıq etdiyi DB missiyası fevralın 4-7-dən 19-dək Bakıda qalacaq. Missiya icmal xarakteri daşıyır, əsas məqsədi treninqlərə başlamaq və layihənin buraxılmasına hazırlıqdan ibarətdir.

Layihənin ümumi dəyəri 10 milyon dollar həcmində qiymətləndirilir. DB bu layihənin həyata keçirilməsinə 8 milyon dollar kredit ayırıb. Qalan vəsait isə hökumətin payına düşür.

Layihənin məqsədi əsas sektorlarda, xüsusilə də infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və yerinə yetirilməsinin efektivliyini və keyfiyyətini artırmaqdan ibarətdir.

Nümayəndəlikdən deyilib ki, bu layihə üzrə daha çevik mexanizm nəzərdə tutulub. Layihənin həyata keçirilməsinin birinci ilində su (Azərsu) və yol (Azəravtoyolservis) sektorları üçün treninqlərin keçirilməsi planlaşdırılır. Bundan əlavə, layihə idarəçiliyi, tədarük, maliyyə idarəçiliyi üzrə ümumi tematik treninqlər nəzərdə tutulub. Treninqlərdə tələbat analizi də aparılacaq.

Azərbaycan 1992-ci ildən etibarən Dünya Bankının üzvüdür. Əməlkdaşlıq dövrü ərzində bank tərəfindən respublikaya 2,5 milyard dollarlıq kreditin verilməsi bəyənilib.

Xəbər lenti

Xəbər lenti