...

Azərbaycan Prezidenti "Bank olmayan kredit təşkilatları haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2010 16:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bank olmayan kredit təşkilatları haqqında" 2009-cu il 25 dekabrda qüvvəyə minmiş qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə rəsmi nəşrdə deyilir.
Azərbaycan Prezidenti "Bank olmayan kredit təşkilatları haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bank olmayan kredit təşkilatları haqqında" 2009-cu il 25 dekabrda qüvvəyə minmiş qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə rəsmi nəşrdə deyilir.

Qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Bank olmayan kredit təşkilatları haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasının təmin edilməsi barədə Azərbaycan Prezidentinə məlumat verilməlidir.

Qanun əhalinin, xüsusən də regionlarda maliyyə resurslarını əldə etmə imkanlarını genişləndirmək; kiçik sahibkarlığa dəstək; yoxsulluğun azaldılması və bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin hüquqi bazasının gücləndirilməsi, həmçinin mikromaliyyə sektoruna dəstək məqsədini güdür.

Qanunda BOKT-nin iki növünün - kredit verilişi zamanı girov qəbulu hüququ olan və bu cür hüququ olmayan növünün yaradılması nəzərdə tutulur. BKOT-nin lisenziyasında girov depozitlərinin cəlbinin qanunla fəaliyyəti üçün müvafiq icazə olmalıdır, əks halda BKOT girov depozitlərinin cəlbini qadağan edir. Girov əmanəti qəbul etmək hüququna malik olan BKOT-nin nizamnamə kapitalının minimum həcmə olan tələbi bu hüquqa malik olmayan kredit təşkilatlarından çox olacaq.

Lisenziya BOKT tərəfindən müddətsiz əsasda verilir. BOKT öz filialını və nümayəndəliyini aça bilər. Lakin girov əmanətini qəbul etmək hüququna mailk olan filial Mərkəzi Bankın icazəsi ilə açıla bilər.

BOKT təmin edilmiş və təmin edilməmiş kreditlər verə bilər, yəni borcgötürənin daşınan və daşınmaz əmlakı girov qismində çıxış edə bilər.

Qeyri ticari kredit təşkilatları BOKT-nin yaradılmasına daxil ola bilməz. BOKT Azərbaycanla sazişi olan ölkələrin beynəlxalq təşkilatları tərəfindən təsis edilə bilər və bu cür fondlar ticari fəaliyyətlə məşğul ola bilməzlər. Bu gün sərmayədarlar ölkədə kredit təşkilatı yaratmağa böyük maraq göstərirlər, lakin buna qədər onlar BOKT-nin fəaliyyəti üçün hüquqi baza qoyan qanunun qəbul edilməsini gözləyirlər.

BOKT-lər öz kapitalları və ya maliyyə institutlarından cəlb edilən vəsaitlər hesabına kreditlərin verilməsini həyata keçirə bilərlər.

Yeni qanunvericiliyə əsasən, fəaliyyətdə olan bütün BOKT-lər maliyyə hesabatının beynəlxalq standartlarını, korporativ idarəetmənin standartlarını tətbiq etməlidirlər. Bundan əlavə, Mərkəzi Bank yanında 2005-ci ildən etibarən fəaliyyət göstərən kredit reyestrinə giriş əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti