...

Azərbaycanda vergi əməliyyatlarının səmərəliliyi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2010 15:57 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi vergi xidmətində 3 elektron layihənin həyata keçirilməsinə başlayıb. Bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov çərşənbə günü bu layihələrin təqdimatında deyib.
Azərbaycanda vergi əməliyyatlarının səmərəliliyi artır

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyi vergi xidmətində 3 elektron layihənin həyata keçirilməsinə başlayıb. Bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov çərşənbə günü bu layihələrin təqdimatında deyib.

"2006-cı ildən ölkədə avtomatlaşdırılmış vergi informasiyaları sisteminin (AVİS) tətbiq edilməsindən sonra bu sistem müntəzəm olaraq yeni xidmətlərlə genişlənib, - Əmirov deyib. - 3 yeni layihə də bu sistem çərçivəsində həyata keçiriləcək. Bu layihələr - onlayn rejimdə kargüzarlıq, elektron-hesab fakturalarının tətbiqi və nəzarət-kassa aparatlarında məlumatların məsafədən ötürülməsi üzrə qurğulardır".

Onun sözlərinə görə, ölkədə cari ildən tətbiqinə start verilən onlayn rejimdə kargüzarlıq vergiödəyicilərinə vaxta və pula qənaət etməyə, həmçinin bir sıra sənədləri, müraciətləri və təklifləri elekton növdə təqdim etməyə imkan verir.

Texniki səhvlərin aradan qaldırılması və vergiödəyicilərinin vaxta qənaət etmələri məqsədi ilə bu ildən etibarən elektron-hesab fakturalarının tətbiqinə başlanılıb.

"Hazırda 20-yə yaxın bank bu sistemə inteqrasiya edib. Yaxın zamanlarda biz bu bankların sayının artacağını gözləyirik", - nazir müavimi deyib.

Onun sözlərinə görə, bu layihə ekoloji əhəmiyyət də kəsb edir. Çünki hər il iki milyona yaxın kağız hesab fakturalar istifadə edilirdi ki, bu da 2,5 hektar meşənin qırılması deməkdir. Bundan əlavə, Maliyyə Nazirliyində hesab fakturaların verilməsində 100 nəfər əməkdaş çalışırdı. İndi onlar başqa sahələrə yönəldilə bilərlər. Bu, vaxta və pula da qənaət edəcək. Nazirliyin hesablamalarına görə, 2009-cu ildə vergiödəyiciləri kağız hesab fakturaların verilməsi ilə əlaqədar olaraq 20 milyon manata yaxın vəsait xərcləyiblər.

Əmirovun sözlərinə görə, nəzarət-kassa aparatlarında məlumatların məsafədən elektron ötürülməsi üzrə qurğuların tətbiqi alqı-satqı və xidmətlər zamanı çek verməyən ticarət obyektlərini və xidmət sahələrini tez və səmərəli şəkildə aşkar etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti