...

Azərbaycan regionlarında Avropa İttifaqına güzəştli şərtlərlə məhsul ixracı üzrə seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 18:23 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi cümə günü Lənkəranda "Azərbaycan sahibkarlarının güzəştli əsaslarla Aİ-yə ixrac imkanları" seminarı keçirib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında bildirilir.
Azərbaycan regionlarında Avropa İttifaqına güzəştli şərtlərlə məhsul ixracı üzrə seminar keçirilib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi cümə günü Lənkəranda "Azərbaycan sahibkarlarının güzəştli əsaslarla Aİ-yə ixrac imkanları" seminarı keçirib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında bildirilir.

İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov öz çıxışında bildirib ki, ölkədə sosial-iqtisadi siyasətin keçirilməsi nəticəsində Azərbaycanda əlverişli biznes mühitinin yaradılması və Aİ-nin GSP+ preferensiya sisteminin əhəmiyyəti haqqında danışıb.

Nazirlik bu kimi seminarları 2009-cu ildə Bakıda və ölkə rayonlarında keçirib.

Azərbaycan Aİ-nin GSP+ preferensiya sisteminə 2009-cu ilin yanvarında keçib. Bu proqram Azərbaycan sahibkarlarının Aİ ölkələrinə 7200 adda güzəştli şərtlərlə məhsul ixracına imkan verir, ölkənin ixrac potensialını artırır. Bu proqram ixrac strukturunun diversifikasiyası sahəsində vacibdir.

Xəbər lenti

Xəbər lenti