...

Azərbaycan və Ukrayna fond bazarları arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2010 14:22 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçukla iki ölkənin fond bazarları arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bu barədə QKDK-nin məlumatında deyilir.
Azərbaycan və Ukrayna fond bazarları arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçukla iki ölkənin fond bazarları arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bu barədə QKDK-nin məlumatında deyilir.

Görüşün əsas məqsədi Ukraynanın fond bazarı və qiymətli kağızlar üzrə Dövlət Komissiyası və QKDK arasında qarşılıqlı anlaşmaya dair memorandumda əsası qoyulan strateji əməkdaşlığın perspektivlərinin müzakirəsi olub. Sənəd Azərbaycan Prezidentinin Ukraynaya səfəri zamanı imzalanıb. Görüşdə həmçinin qiymətli kağızlar bazarında əməkdaşlığın genişləndirilməsi istiqamətləri və müsbət meyarların güclənməsi məsələləri də müzakirə edilib.

Klimçuk əməkdaşlığın genişlənməsi təşəbbüsünü dəstəkləyib və onun əlaqələrin dinamikasında vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti