...

Azərbaycanda inşaat işləri üzrə qiymətlərin indeksi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2010 11:42 (UTC +04:00)
2009-cu ilin dördüncü rübündə Azərbaycanda inşaat işlərinə dair qiymət indeksi üçüncü rübə nisbətən 1,2% artıb, 2008-ci ilin analoji dövrünə nisbətən isə 4,8% azalıb.
Azərbaycanda inşaat işləri üzrə qiymətlərin indeksi artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ilin dördüncü rübündə Azərbaycanda inşaat işlərinə dair qiymət indeksi üçüncü rübə nisbətən 1,2% artıb, 2008-ci ilin analoji dövrünə nisbətən isə 4,8% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

O cümlədən yerüstü işlərə dair qiymətlərin indeksi il ərzində 0,7%, yaşayış evlərinin inşasına dair qiymətlərin indeksi 0,5%, 5 mərtəbəyədək yaşayış evlərinin inşasına dair qiymətlərin indeksi 0,9%, 6 və daha yüksəkmərtəbəli yaşayış evlərinin inşasına dair iymətlərin indeksi 0,5% artıb.

Dürdüncü rübdə sosial təminat binalarının inşasına dair qiymətlərin indeksi 2008-ci ilin analoji dövrünə nisbətən 1,2%, o cümlədən inzibati tikililərin inşasına dair qiymətlərin indeksi 0,9%, ümumtəhsil məktəblərinin isə 1,2% artıb.

Bu dövr ərzində yol inşasına dair qiymətlərin indeksi 6,4% artıb.

Fevralın 17-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti