...

Azərbaycanda infilyasiyanın səviyyəsi proqnozlara uyğundur - Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2010 13:53 (UTC +04:00)
Azərbaycanda yanvarda istehlak qiymətlərinin artması proqnozlar çərçivəsində baş verib ki, bu proqnozlar da 2009-cu ildə aşağı qiymət bazasının əsasında formalaşıb. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda infilyasiya 2009-cu ilin analoji dövrü ilə müqayisədə 1,8 faiz, yanvarda - 0,5 faiz təşkil edib.
Azərbaycanda infilyasiyanın səviyyəsi proqnozlara uyğundur - Mərkəzi Bankın rəhbəri

Azərbaycan, Bakı, 26 fevral / Trend , E.İsmayılov/

Azərbaycanda yanvarda istehlak qiymətlərinin artması proqnozlar çərçivəsində baş verib ki, bu proqnozlar da 2009-cu ildə aşağı qiymət bazasının əsasında formalaşıb. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda infilyasiya 2009-cu ilin analoji dövrü ilə müqayisədə 1,8 faiz, yanvarda - 0,5 faiz təşkil edib.

"Bayramlar ərəfəsində tələbatın artması ilə əlaqədar qiymətlərdə artım müşahidə olunur. Lakin yay aylarında infilyasiyanın artım tempi azalmağa başlayacaq", - Rüstəmov bildirib. - Bu gün inflyasiya bizim gözlədiyimiz səviyyəni keçmir".

Yanvarda ərzaq mallarının qiymətləri dekabr ilə müqayisədə 0,6 faiz, qeyri-ərzaq malları - 0,6 faiz, xidmət tarifləri - 0,1 faiz artıb.

2009-cu ilin yanvarı ilə müqayisədə ərzaq mallarının qiymətləri bir faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,4 faiz, xidmət sahəsində tariflər 9,2 faiz artıb.

Yanvarda mövsümi dəyişikliyə məruz qalan mallar (meyvə və tərəvəz) və xidmətlər çıxılmaqla hesablanan istehlak qiymətlərinin baza indeksi və dövlət tərəfindən tənzimlənən qiymətlər əvvəlki aylar ilə müqayisədə il ərzində 100,3 faiz, yəni 2009-cu ilin yanvarı ilə müqaviyədə 100,4 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti