Gürcüstan, Tbilisi, 3 mart / Trend , müxbir N.Kirsxaliya/
Qərbi Gürcüstanda Tkibul şaxtasında baş vermiş partlayış nəticəsində 4 şaxtaçı həlak olub. "Qruzuqol" şirkətinin baş direktoru Merab Çrelaşvili Trend -ın Tbilisidəki xüsusi müxbirinə bildirib ki, şirkətə məxsus "Mindeli" şaxtasında metan sızması ehtimal olunur ki, bunun da nəticəsində partlayış baş verib.
Dörd şaxtaçı hadisə yerində həlak olub, bir neçə nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
İmereti reğionunun qubernatoru Laşa Makasariya artıq hadisə yerindədir, vəziyyətlə tanış olur. Onun sözlərinə görə, yaxın vaxtlarda insidentin təhqiqatına başlanılacaq və bütün günahkarlar müəyyən ediləcək.