...

Palmali yeni gəmilərin inşasını sifariş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart / Trend /

Palmali şirkətlər qrupu (Türkiyə) Volqoqrad gəmiqayırma zavodunda (VGZ) "Armada" tipli (RST 22 layihəsi) 10 gəminin tikintisini sifariş edib. Bu barədə Palmali-nin mətbuat xidməti şirkətin vitse-prezidenti Rauf Əliyevin məlumatına istinadən bildirib. 2009-cu ildə gəmiçiliyin RF-in daxili su yollarında daşımalarının həcmi 3,5 mln. ton təşkil edib.

Palmali şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dənizləri hövzələrində yüklərin daşınması üzrə ixtisaslaşıb. Gəmiçilik Rusiyanın cənubunda çaylarda iri neft və neft məhsulları daşıyıcısıdır. 2009-cu ilin oktyabrında şirkətlər qrupu "Beşiktaş" tərsanəsi ilə (Besiktas Gemi Insaat Anonim Sirketi, Türkiyə) "Armada" tipli tankerlərin üçüncü seriyasının (dedveyt 7 min tona yaxındır) inşasına dair müqavilə bağlayıb. Əsas gəminin 2010-cu ilin dekabrında istismara verilməsi planlaşdırılır.

Birinci seriyadan olan "Armada" tipli on tanker və "Novaya Armada" tipli beş tankerdən qarışıq "çay-dənizlərdə" neft, mazut, dizel yanacağı, digər neft məhsulları və bitki yağlarının daşınmasında, həmçinin Avropa ətrafında reyslər daxil olmaqla Xəzər, Qara, Aralıq dənizləri, Baltik və Şimal dənizlərində və İrland dənizində qışda daşınmalarda uğurla istifadə olunur.

Xəbər lenti

Xəbər lenti