...

Azərbaycan hökuməti avtomobillərə "Avro-2" ekoloji normalarının tətbiq edilməsi barədə qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2010 19:45 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərar qəbul edib.
Azərbaycan hökuməti avtomobillərə "Avro-2" ekoloji normalarının tətbiq edilməsi barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 9 mart / Trend /

Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərar qəbul edib. Bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi məlumat verir. Qərara əsasən, 2010-cu il iyulun 1-dən etibarən dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrinə "Avro-2" ekoloji normaları (atmosferə atılan zərərli maddələrə dair) tətbiq ediləcək.

Azərbaycanın Sənaye və Energetika Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ölkədə istehsal edilən, habelə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirmək və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etmək tapşırılıb.

Həmin qərara uyğun olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" da təsdiq edilib.

Tədbirlər Planında göstərilir ki, müvafiq nazirlik və komitələr Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanmasını və təsdiq edilməsini təmin etməlidir.

Onlar həmçinin Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair "Avro-3" və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflər hazırlamalı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti