...

Cahan Holdinqin gəlirləri 2009-cu ildə 20 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova/

Cahan Holdinqin 2009-cu ildə gəlirləri 21-22 faiz artıb. Bunu holdinqin prezidenti Vüqar Abbasov çərşənbə axşamı deyib.

"2009-cu ildə holdinqin həm dövriyyəsi, həm də gəlirləri artıb. 2008-ci illə müqayisədə holdinqin gəlir artımı 21-22 faiz təşkil edib", - Abbasov deyib.

Onun fikrincə, bu, holdinqin tikiniti və bank kimi yeni sektorlara keçməsi, eləcə də Naxçıvanda radiator istehsalı üzrə fabrikin açılması ilə əlaqədardır.

Abbasovun sözlərinə görə, ötən ilin yekunları üzrə holdinq Avstriyanın "Red Bull GmbH" şirkəti ilə altı milyon avro həcmində ticarət əməliyyatı həyata keçirib. Gələcəkdə isə holdinqin planlarına əmtəə dövriyyəsinin artırılması daxildir.

Hazırda holdinqə doqquza yaxın firma daxildir. Onların arasında Cahan Motors, Cahan Red, Cahan Pen, Cahan Tobacco, Cahan Tea, Cahan Commerce, Cahan Trading Centre, Cahan İnşaat var. Holdinqin istehsalat gücünün böyük hissəsi Naxçıvandadır.

Xəbər lenti

Xəbər lenti