...

Azərbaycanda istehlak qiymətlərinin bazis indeksi il ərzində 1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmayılova/

2010-cu ilin fevral ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 1,1 faiz bahalaşıb. Yanvar-fevral aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz bahalaşıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən bildirilib.

Ərzaq mallarının qiymətləri fevral ayı ərzində 2,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməz qalıb, xidmət tarifləri isə 0,8 faiz bahalaşıb.

2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə ərzaq mallarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,5 faiz, xidmət tarifləri isə 8,8 faiz bahalaşıb.

Fevralda mövsümi dəyişikliklərə məruz qalan (meyvə və tərəvəzlər) və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətləri çıxmaq şərtilə, hesablanan istehlak qiymətlərinin bazis indeksi ötən ayla müqayisədə 100,3 faiz, il ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 101,0 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti