Azərbaycan, Bakı, 1 aprel /Trend/
ABB-Moskva RBK-nın "Banklar 2010-cu il yanvarın 1-də dövriyyədə olan plastik kartların sayı üzrə" reytinqində 71-ci mövqeni, həmçinin 2009-cu ildə buraxılan plastik kartların sayına görə 76-cı mövqeni tutub. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda bildirilir.
2010-cu il yanvarın 1-nə dövriyyədə ABB-Moskvanın 21 761 bank kartı olub. Onlardan 19 153 kart Visa International ödəniş sisteminin, 2 608-i isə MasterCard-ın payına düşür.
Bank, həmçinin RBK-nın "2009-cu ildə 500 ən mənfəətli bank" reytinqində 293-cü yeri tutub.
2010-cu il yanvarın 1-nə olan məlumata görə, bankın mənfəəti 37,7 milyon rubl təşkil edib. Müvafiq dövrə olan məlumata görə, bankın xalis aktivləri 14937,03 milyon manat təşkil edib ki, bu da banka 500 mövqedən 134-cünü tutmağa imkan verib.
ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur və Rusiya ərazisində fəaliyyət göztərən 100% Azərbaycan kapitalına malik ilk və yeganə bankdır.