...

Azərbaycanda təmin olunmamış ipoteka istiqrazları çərçivəsində növbəti yerləşdirilmə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2010 20:06 (UTC +04:00)
2010-cu il aprelin 19-da Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmdə faizli adlı sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi başlayacaq. Bu barədə AİF-in çərşənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanda təmin olunmamış ipoteka istiqrazları çərçivəsində növbəti yerləşdirilmə elan edilib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2010-cu il aprelin 19-da Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmdə faizli adlı sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi başlayacaq. Bu barədə AİF-in çərşənbə günü yayılan məlumatında deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC (BFB) vasitəsilə keçiriləcək.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Bu istiqrazların yerləşdirilməsinə 1 fevral 2010-cu il tarixində başlanılıb və hərraca bu günədək 15 milyon manat həcmində istiqraz yerləşdirilib.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərər.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb.

Emissiyanın ümumi həcmi 75 milyon manatdır, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə gəlirlilik 3,25% təşkil edir.

Xəbər lenti

Xəbər lenti