...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80344 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 12, 13 və 16-da bir ABŞ dolları üçün 0,8035 manat, minimum isə aprelin 14-də bir ABŞ dollarına 0,8033 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

5 aprel

0,8034

12 aprel

0,8035

6 aprel

0,8034

13 aprel

0,8035

7 aprel

0,8035

14 aprel

0,8033

8 aprel

0,8035

15 aprel

0,8034

9 aprel

0,8035

16 aprel

0,8035

Həftə ərzində orta

0,80346

Həftə ərzində orta

0,80344

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına 0,80346 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 12-də sövdələşmə olmayıb, buna görə də kurs əvvəlki səviyyədə 0,8035 AZN/USD saxlanılıb. Aprelin 13-də 0,8036 AZN/USD məzənnə ilə $1,35 milyon, aprelin14-də 0,8036 AZN/USD məzənnə ilə 1,9 milyon, aprelin 15-də 0,8031 AZN/USD məzənnə ilə $5 milyon və aprelin 16-da 0,8035 AZN/USD məzənnə ilə $0,902 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

5 aprel

0,8035

12 aprel

0,8035

6 aprel

0,8035

13 aprel

0,8036

7 aprel

0,8035

14 aprel

0,8036

8 aprel

0,8035

15 aprel

0,8031

9 aprel

0,8036

16 aprel

0,8035

Həftə ərzində orta

0,80352

Həftə ərzində orta

0,80346

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.

Xəbər lenti

Xəbər lenti