...

Azərbaycan və Avropa arasında hava əlaqəsi normallaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 11:34 (UTC +04:00)
İslandiyada Eyyafyatlayokudl vulkanının püskürməsi nəticəsində yaranmış problemlərdən sonra, Azərbaycan və Avropa arasında hava əlaqəsi normallaşır. Bu barədə çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.
Azərbaycan və Avropa arasında hava əlaqəsi normallaşır

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

İslandiyada Eyyafyatlayokudl vulkanının püskürməsi nəticəsində yaranmış problemlərdən sonra, Azərbaycan və Avropa arasında hava əlaqəsi normallaşır. Bu barədə çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.

AZAL-dan qeyd olunub ki, yalnız Azərbaycan və Böyük Britaniya arasında aviareys yubanma ilə həyata keçiriləcək. Əsasən, Bakı - London (bmi) saat 12:00-da (Bakı vaxtilə) deyil, saat 17:00-da həyata keçiriləcək. Həmçinin, London - Bakı (bmi) reyis Bakıya 22:35-də gələcək. AZAL-ın Londona və geriyə reysləri təxirə salınıb.

Qrafikə uyğun olaraq gün ərzində Bakı - Vyana, Vyana - Bakı, Bakı - Kiyev, Kiyev - Bakı reysləri həyata keçiriləcək. Həmçinin, səhər saat 08:20-də Bakı - Milan aviareysi yola salınıb. Milandan Bakıya isə təyyarə bu gün cədvələ uyğun olaraq saat 19:50-də (Bakı vaxtilə) gələcək.

Bir neçə gün ərzində Azərbaycan və Avropa arasında aviareyslərin həyata keçirilməsində problemlər müşahidə olunur. Həmin müddətdə Avropa ölkələrinə bütün reyslər dayandırılıb.

Xəbər lenti

Xəbər lenti