...

Parabank filial şəbəkəsini genişləndirməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 18:58 (UTC +04:00)
Parabankın filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq, bankın daha bir şöbəsi Bərdədə açılıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.
Parabank filial şəbəkəsini genişləndirməkdə davam edir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Parabankın filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq, bankın daha bir şöbəsi Bərdədə açılıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir. Bu yaxınlarda bankın Qaradağ, Şirvan, Şəki və Lənkəranda filiallarının açılması gözlənilir.

Parabankın Bərdə şöbəsi və filiallarında fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, komunal xidmətlər, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmələri və s. xidmətlər təqdim ediləcək.

Parabankın məqsədi ölkənin bütün regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini genişləndirməkdir. Beləliklə, bu gün "Parabank" ASC respublikanın regionlarında 7, Bakı şəhərində isə 8 filialı vasitəsilə göstərdiyi xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir. Parabank filiallarının sayını 19-a çatdıracaq.

Xəbər lenti

Xəbər lenti