...

"Alfa Sığorta" şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2010 17:05 (UTC +04:00)
Azərbaycanın "Alfa Sığorta" şirkətində struktur dəyişikliyi ilə əlaqədar yeni təyinatlar baş verib. Ölkədə yeganə barter şirkəti olan "AzBarter"in rəhbəri Xəyal Məmmədxanlı şirkətin Direktorlar Şurasının sədri təyin olunub.
"Alfa Sığorta" şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın "Alfa Sığorta" şirkətində struktur dəyişikliyi ilə əlaqədar yeni təyinatlar baş verib. Ölkədə yeganə barter şirkəti olan "AzBarter"in rəhbəri Xəyal Məmmədxanlı şirkətin Direktorlar Şurasının sədri təyin olunub. Bu barədə bazar ertəsi sığorta şirkətindən məlumat verilib.

Məmmədxanlı aprelin 14-də "Alfa Sığorta" şirkətində vəzifəsinin icrasına başlayıb.

Bundan əvvəl Məmmədxanlı ölkənin maliyyə sektorunda - Beynəlxalq Sığorta Şirkəti, Az Sığorta, Azfinansbank, Azərbaycan Sığortaçılar Assosiasiyasında rəhbər postları tutub. Ötən ildən özünün təsis etdiyi "AzBarter" şirkətində fəaliyyətini davam etdirir.

"Alfa Sığorta" MMC 1997-ci ildə "Murad" sığorta şirkəti adı ilə qeydiyyata alınıb. 2005-ci ilin iyununda şirkət "Alfa Sığorta" MMC adlandırılıb. 2006-cı ilin dekabrında şirkət "Texnikabank" ASC-nin tam mülkiyyətinə keçib. Şirkətin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.

Şirkət sığortanın 25 növü üzrə xidmət göstərir.

Aprelin 26-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti