Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti Tbilisidə Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin xatirəsini yad edib. Azərbaycan nümayəndə heyətinin səfəri Tbilisidə Heydər Əliyevin büstünə çiçək qoyulması ilə başlayıb.
Azərbaycan nümayəndə heyətinə ölkənin 23 şirkətinin nümayəndələri, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri daxildir.
Bu gün saat 11:00-da (Tbilisi vaxtı ilə) Gürcüstan - Azərbaycan biznes-forumu keçiriləcək. Forum Gürcüstan Milli İnvestisiya Agentliyi və AZPROMO-nun təşəbbüsü ilə keçirilir.