...

Serbiya Azərbaycan üçün yeni bazar ola bilər - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2010 12:57 (UTC +04:00)
Azərbaycan Serbiya ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır, - bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən birinci Azərbaycan - Serbiya biznes-forumunda bildirib.
Serbiya Azərbaycan üçün yeni bazar ola bilər - nazir müavini

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Bədəlova/

Azərbaycan Serbiya ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır, - bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən birinci Azərbaycan - Serbiya biznes-forumunda bildirib.

"Ümid edirəm, bu biznes-forum ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz təsirini göstərəcək. Serbiya bizim üçün yeni bazar ola bilər", - deyə Səfərov bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkə Cənubi Qafqaz regionunda liderdir.

2009-cu ilin nəticələrinə görə, ümumdaxili məhsulun artım sürəti  9,3 faiz, sənaye istehsalı 12,8 faiz, kənd təsərrüfatı 3,5 faiz, əhalinin gəliri 6,5 faiz təşkil edib. Hal-hazırda ümumdaxili məhsulun 85 faizi özəl sahələrin payına düşür.

"Bu günə qədər Azərbaycan iqtisadiyyatına böyük hissəsi xarici investisiyalara aid olan 70 milyard dollar kapital qoyulub", - Səfərov bildirib.

Serbiya İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Çiriça Neboşanın sözlərinə görə, Azərbaycanla Serbiya arasında ötən il mal mübadiləsi beş milyon dollara qədər ixtisara salınıb; onlardan dörd milyon dolları Serbiyanın ixracatına, bir milyon dolları isə Azərbaycan mallarının idxalına düşür.

"Bizim ölkənin mal mübadiləsinin genişləndirilməsi üçün 100-150 milyon dollara yaxın maddi potensialı var", - Neboyşa bildirib.

Xəbər lenti

Xəbər lenti