...

Azərbaycanın Sumqayıt şəhərində bağ massivi ərazilərinin məişət tullantılarından təmizlənməsi işləri gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2010 16:01 (UTC +04:00)

Azərbaycan Bakı, 13 may /Trend /

Sumqayıtda şəhər İcra Hakimiyyətində müvafiq iclasın keçirilməsindən sonra bağ massivi ərazilərindən məişət tullantılarının yığılmasına dair işlər gücləndirilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin cümə axşamı yayılan məlumatında deyilir.

"Bağ massivində 5000-ə yaxın təsərrüfat var", - məlumatda deyilir.

Bağ massivi ərazilərində şəhərin təmizliyinin təminatı üzrə departament konteynerlərin yerləşdirilməsi üçün meydançalar hazırlayır.

Məlumatda deyilir ki, departament qalıqların daşınmasına dair hər bir bağ evinin sahibi ilə müqavilə bağlayır və sakinlərə arayışlar verilir. Hazırda departament qeydiyyatda olan 2457 şəxsdən 334-ü ilə müqavilə bağlayıb.

Xəbər lenti

Xəbər lenti