...

Muğanbank Azərbaycan Risk Peşəkarları Assosiasiyasının 18-ci üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2010 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı Muğanbank Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) 18-ci korporativ üzvü olub. Bu barədə ARPA-nın cümə günü yaydığı məlumatda deyilir.

Muğanbanka assosiasiyanın digər üzvləri kimi beynəlxalq institutların ekspertləri, Azərbaycan Mərkəzi Bankı, audit şirkətlərinin, kommersiya banklarının iştirakı ilə assosiasiya tərəfindən təşkil edilən seminarlarda və "dəyirmi masa"larda iştirak etmək imkanı veriləcək.

Bundan başqa, üzvlərə assosiasiya tərəfindən keçirilən treninqlərdə iştirak etmək üçün endirimlər edilir.

Assosiasiya mayın ortalarında qeydiyyatdan keçib və onun institusional formalaşdırılması davam edir. Assosiasiyanın yaradılmasında məqsəd ölkənin maliyyə sektorunda risklərin azaldılmasına köməyin göstərilməsidir. Assosiasiya Azərbaycan Mərkəzi Bankı, GARP və IFC ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti