Аzərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycan "Xalq Bank"ı "Reuters" beynəlxaq informasiya və dilinq sisteminə qoşulub, - bazar ertəsi bankdan verilən məlumatda belə deyilir.
"Reuters" sistemindən istifadə banka yerli və beynəlxalq bazar üzrə bütün lazımi məlumatları operativ surətdə əldə etməyə, eləcə də, Azərbaycan və xarici ölkələrin bank əməkdaşları ilə pul və valyuta bazarında danışıqlar aparmaq və məxfi sazişlər imzalamağa imkan yaradır.
"Reuters" sistemi, həmçinin, pul vəsaitləri ilə əməliyyatlar aparmaq sürətini artırır və təhlükəsizliyi təmin edir.
"Xalq Bank" öz fəaliyyətinə 2004-cü ilin dekabrında başlayıb. 2009-cu ilin yekun nəticələrinə əsasən, "Xalq Bank" aktivlərinin həcminə görə Azərbaycanın kredit-maliyyə müəssisələrinin reytinq siyahısında dördüncü yeri tutur. Bankın ümumi kapitalının həcmi 72,828 mln manat təşkil edir.
Mayın 17-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.