...

Azərbaycan və Çin 2,9 milyon dollar dəyərində qrant müqaviləsi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 16:49 (UTC +04:00)

Аzərbaycan, Bakı, 27 may /Trend, müxbir Ü.İsmayılova/

Cümə axşamı Azərbaycan və Çin hökumətləri 2,9 milyon dollar (20 milyon Çin yuanı) cdəyərində qrant müqaviləsi imzalayıblar. Bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda deyilir.

"Danışıqlar zamanı gələcəkdə qrant vasitələrdən istifadənin istiqamətləri müəyyənləşəcək", - nazirlikdən bildirilib.

Azərbaycan tərəfdən qrant müqaviləsini iqtisadi inkişaf naziri Şahin Mustafayev, Çin tərəfdən isə Çinin ticarət nazirinin müavini Fu Szıin imzalayıblar.

"Son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Çin Xalq Respublikası hökumətinin diqqət mərkəzindədir", - müqavilənin imzalanma mərasimində Fu Szıin deyib.

"Ümid edirəm ki, Çinlə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr gələcəkdə daha da inkişaf edəcək", - nazir müavini deyib.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, öz növbəsində, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin, daha sonralar digər rəsmi və işgüzar nümayəndələrin Çinə səfərlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

"Hazırda ölkələr arasında mövcud potensialdan istifadə üzrə əlaqələrin inkişafı üçün geniş imkanlar var", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti