...

Azərbaycanda təbii fəlakət nəticəsində əsasən taxıl sahələrinə ziyan dəyib - ASMK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 18:26 (UTC +04:00)
Azərbaycanın Aran (mərkəzi) hissəsində baş vermiş təbii fəlakət səbəbindən süd və heyvandarlıq məhsullarının qıtlığı gözlənilmir.
Azərbaycanda təbii fəlakət nəticəsində əsasən taxıl sahələrinə ziyan dəyib - ASMK

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Aran (mərkəzi) hissəsində baş vermiş təbii fəlakət səbəbindən süd və heyvandarlıq məhsullarının qıtlığı gözlənilmir. Bu barədə Azərbaycan Sahibkarları Milli Konfederasiyasının (ASMK) rəhbəri Məmməd Musayev cümə axşamı bildirib.

"Daşqınlardan ziyan çəkmiş rayonlar əsas heyvandarlıq mərkəzləri deyil", - Musayev deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində əsasən taxıl sahələrinə ziyan dəyib və hazırda konfederasiya daşqınlardan Aran zonasında biznesə dəyən ziyanı öyrənir.

"Qiymətləndirmələr davam edir, hələlik bizdə yekun rəqəm yoxdur", - Musayev bildirib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti