...

"Bank of Baku" "Caspian Money Transfer" sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2010 20:42 (UTC +04:00)
"Bank of Baku" ASC yeni "Caspian Money Transfer" təcili pul köçürmələri sisteminə qoşulur.
"Bank of Baku" "Caspian Money Transfer" sisteminə qoşulub

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"Bank of Baku" ASC yeni "Caspian Money Transfer" təcili pul köçürmələri sisteminə qoşulur. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

İyunun 10-dan etibarən həmin sistem üzrə təcili pul köçürmələri xidməti bankın bütün filiallarında fəaliyyət göstərir.

Hazırda "Caspian Money Transfer" sistemi lokal təcili pul köçürmələri sistemləri üzrə ən çox tələbat sistemlərdəndir. Bundan əlavə, "Caspian Money Transfer" bir neçə digər populyar təcili pul köçürmələri sistemləri ilə də inteqrasiya olunub - "Zolotaya Korona", "Lider", "İnter Express", "AVERS" və "Cemete Ödeme".

"Caspian Money Transfer" geniş lokal xidmət şəbəkəsinə malikdir və bu da öz növbəsində, "Bank of Baku" müştərilərinə Azərbaycan daxilində bir çox istiqamətlərdə pul mübadiləsini həyata keçirmələrinə imkan yaradır. Həmçinin, qeyd etmək vacibdir ki, bu sistem Türkiyə istiqamətində aparılan pul köçürmələri əməliyyatları sırasında ən sərfəli və sadəsidir.

Bütövlükdə, "Caspian Money Transfer" fiziki şəxslərə Azərbaycan daxilində və əks istiqamətdə, həmçinin MDB, Baltika, yaxın və uzaq xarici ölkələrin bankları arasında pul köçürmələrini aparmaq imkanını yaradır. Bu sistemə MDB ölkələrinin aparıcı bankları qoşulub.

"Caspian Money Transfer" sistemi fiziki şəxslər üçün cari hesab açılmadan nəzərdə tutulan Azərbaycanın birinci beynəlxalq təcili pul köçürmələri sistemidir. Bu sistemi digər sistemlərdən köçürülən məbləğdən asılı olaraq komissiyanın minimal məbləği fərqləndirir.

Bundan başqa, "Bank of Baku"da təcili pul köçürmələrini "Privat Money", "Western Union", "Contact", "Xpress Money", "Coinstar", və "Bıstraya poçta" sistemləri vasitəsilə aparmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti