...

Almaniyanın üçüncü böyük bankı Bank Respublikaya kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 17:46 (UTC +04:00)
Almaniyanın üçüncü böyük bankı Landesbank Baden-Wurttemberg (LBBW) Bank Respublikaya ticari maliyyələşdirmə üçün bir milyon avro məbləğində kredit ayırıb.
Almaniyanın üçüncü böyük bankı Bank Respublikaya kredit ayırıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Almaniyanın üçüncü böyük bankı Landesbank Baden-Wurttemberg (LBBW) Bank Respublikaya ticari maliyyələşdirmə üçün bir milyon avro məbləğində kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir. Bu razılaşma iyunun 17-də Bank Respublikanın baş ofisində tərəflər arasında keçirilən danışıqlar nəticəsində baş tutub.

Son illər Bank Respublika ticari maliyyələşdirmə üzrə müxtəlif proqramlarda fəal iştirak edir. Bu istiqamətdə bankın uğurları Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qeyd olunub. O, Bank Respublikanı iki il dalbadal "Azərbaycanda ticari maliyyələşdirmə üzrə ən fəal bank" kimi tanıyıb.

Bankın 2009-cu ilin yekunları üzrə Yaponiya, Almaniya, İsveçrə, İtaliya kimi ölkələrlə apardığı ticari maliyyələşdirmə üzrə əməliyyatlarının ümumi məbləği 20 milyon dolları ötür.

1992-ci ildən etibarən fəaliyyət göstərən Bank Respublika Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketinə malik Almaniyanın 2 böyük maliyyə təşkilatı təmsil olunur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT. Bankın etibarlılığı və sabitliyi Moody's Investors Service beynəlxalq reytinq agentliyi tərəfindən təsdiqlənib. 2009-cu ildə agentlik Bank Respublikanın depozitlərinin uzunmüddətli reytinqini "sabit" proqnozla B2 səviyyəsində təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti