...

Azərbaycan İnvestisiya Şirkəti "Azərtoxum" şirkətində iştirakçı payı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 15:41 (UTC +04:00)
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) "Azərtoxum" şirkətinin iştirakçı kapitalında 15 faiz pay alıb. Bu pay 2011-ci ilədək 20 faizədək artırılacaq.
Azərbaycan İnvestisiya Şirkəti "Azərtoxum" şirkətində iştirakçı payı alıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) "Azərtoxum" şirkətinin iştirakçı kapitalında 15 faiz pay alıb. Bu pay 2011-ci ilədək 20 faizədək artırılacaq. Bu barədə AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

"Bu, ölkənin kənd təsərrüfatı sektorunun inkişafı üçün əhəmiyyətli layihədir. Layihənin maliyyələşdirilməsində üç struktur - AİŞ, "Azərtoxum" və bir Türkiyə şirkəti iştirak edir", - İsayev deyib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 22,4 milyon manat təşkil edir. AİŞ-in iştirak payı isə 4 milyon manatdır. Lakin bu günədək 2,8 milyon mant sərmayə yatırılıb. Qalan hissə isə 2011-ci ilin may ayınadək yatırılacaq.

"Azərtoxum" müsair avadanlıqla təchiz edilən yeni zavoddur", - İsayev qeyd edib.

AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli fərmanına əsasən yaradılıb. Şirkətin yeganə təsisçisi qismində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi çıxış edir. AİŞ-in nizamnamə kapitalı 160 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti