...

Azərbaycana idxal olunan avtomobillər əlavə texniki baxışdan keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 15:38 (UTC +04:00)
Azərbaycana idxal olunan avtomobillər "Avro-2" ekoloji standartlarının tətbiqindən sonra, 1 iyul 2010-cu il tarixdən etibarən hər il əlavə texniki baxışdan keçəcək, - bunu çərşənbə günü Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin rəhbəri Sabiq Abdullayev deyib. Dövlət rüsumuna əsasən, baxış üçün ödəniş 20 manat olacaq.
Azərbaycana idxal olunan avtomobillər əlavə texniki baxışdan keçəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycana idxal olunan avtomobillər "Avro-2" ekoloji standartlarının tətbiqindən sonra, 1 iyul 2010-cu il tarixdən etibarən hər il əlavə texniki baxışdan keçəcək, - bunu çərşənbə günü Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin rəhbəri Sabiq Abdullayev deyib. Dövlət rüsumuna əsasən, baxış üçün ödəniş 20 manat olacaq.

Onun sözlərinə görə, idxal olunan avtomobillərin texniki baxışı hər il keçirilən məcburi baxış zamanı aparılacaq. Bundan başqa, iyulun 1-dək ölkəyə gətirilən avtomobillər hər il keçirilən ənənəvi texniki baxışdan keçəcəklər.

Abdullayevin qeyd etdiyinə görə, 1 iyul 2010-cu il tarixdən etibarən tətbiq edilən "Avro-2" ekoloji standartı yalnız idxal olunan avtomobillərə aid ediləcək. Bu standartlar ölkədə istismar edilən avtomobillərə tətbiq olunmayacaq.

"Dövlət Statistika Komitəsinin 1 yanvar 2010-cu il tarixinə olan məlumatına görə, Azərbaycanda dövriyyədə 925 min avtomobil var ki, onlar da havaya mütəmadi olaraq 280 növ müxtəlif komponentlər, o cümlədən, dəm qazı və azot oksidi buraxır", - Abdullayev vurğulayıb.

Abdullayevin sözlərinə görə, idxal olunan avtomobillərə "Avro-2" milli ekoloji standartların tətbiqində başlıca məqsəd, əhalinin sağlamlığını qorumaq üçün Azərbaycanda yol nəqliyyatının tədricən təmizlənməsidir.

Əvvəllər Abdullayevin bildirdiyinə görə, yeni standartlar iki istiqaməti nəzərdə tutur. Birincisi - Azərbaycana idxal olunan yeni avtomobillərə aiddir. Avtomobil modeli ölkəyə ilk dəfə gətirildiyi halda, onun tullantı standartlarına uyğunluq üzrə müvafiq prosedurdan keçməsi lazımdır. Həmin model sonralar gətirildikdə isə baxışın keçirilməsi tələb olunmayacaq.

İkinci istiqamət - artıq istismarda olan avtomobillərin "Avro-2" tullantı standartlarına uyğunluğu üzrə tədqiqidir.

Azərbaycana hüquqi və fiziki şəxslər tərəfindən 1996-cı ildən sonra istehsal olunan avtomobillər ("Avro-2" standartlarının tətbiqinə başlanan zaman) gətiriləcəyi təqdirdə, onlar texniki pasportda tullantılar üzrə göstərilən məlumatlara əsasən yoxlanılacaq.

Əvvəllər istismar olunmayan avtomobillər (yeni modellər) gətirildikdə, onlar bircə dəfə yoxlanılacaq. Bundan sonra həmin məlumatlar xüsusi bazaya daxil ediləcək. Əvvəllər istismar olunmayan həmin modelli bütün avtomobillər ölkəyə "Avro-2" standartına uyğunluq üzrə yoxlamadan keçməməklə gətiriləcək.

Bununla yanaşı, 1996-cı ilədək istehsal olunan avtomobillərin gətirilməsi, mühərrikdə texniki işlər aparıldıqdan sonra mümkündür.

Xəbər lenti

Xəbər lenti