...

Azərbaycanda keyfiyyətsiz dondurmaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 17:38 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AER" şirkətində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin yararlıq müddətinin göstərilmədiyi aşkar edilib.
Azərbaycanda keyfiyyətsiz dondurmaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AER" şirkətində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən "Flaminqo", "Oazis", "Oreşek", "Çornoye zoloto", "Lipetskiy", "Maqnat", "Komandor", "Daşa", "Belıe noçi", "Mitya", "Boqatır", "Perezaqruzka", "Plombir", "Lubimım", "Piramida", "Lakomka", "Maqnuliya", "Beloçka", "Snequroçka", "Cornella", "Zimaletta", "Sfinks", "Anata", "Ptiçye moloko", "Futik", "Vernisaj", "Oryol", "Aysberq", "Klimanka", "Zimuşka-Zima" adlı dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin yararlıq müddətinin göstərilmədiyi aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyhilir.

Bununla əlaqədar, müəssisənin anbarında olan 19,3 ton hazır məhsulun satışı dayandırılıb və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə firmaya göstəriş verilib, müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmaların hərəsindən bir çeşid məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib.

Bundan başqa, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 5,6 ton bükmə materialı istifadədən çıxarılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti