...

Bakıda İİB Müdirlər Şurası Qrupunun iclasında 780 milyon dollardan artıq həcmdə kredit sazişləri imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 16:27 (UTC +04:00)
İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurası Qrupunun 35-ci illik toplantısı çərçivəsində banka üzvü olan 19 ölkə ilə 780,7 milyon dollar dəyərində kredit sazişləri imzalanıb.
Bakıda İİB Müdirlər Şurası Qrupunun iclasında 780 milyon dollardan artıq həcmdə kredit sazişləri imzalanıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.Xəlilova/

İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurası Qrupunun 35-ci illik toplantısı çərçivəsində banka üzvü olan 19 ölkə ilə 780,7 milyon dollar dəyərində kredit sazişləri imzalanıb.

Həmçinin sazişlər Azərbaycan, Bəhreyn, Burkina Faso, Livan, Mali, Mozambik, Niger, Pakistan, Surinam, Suriya, Tacikistan, Uqanda, İran və Malaziya ilə imzalanıb.

Azərbaycan Beynəlxalq Bankı üçün 45 milyon dollar və məişət tullantılarının emalı zavodu layihəsinin maliyyələşdirilməsi üçün 150 milyon avro ayrılıb.

İİB-nin Azərbaycanda kredit portfeli 40 layihə çərçivəsində 850 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti