Çərşənbə axşamı YUNİDO-nun direktoru Kande Yumkella deyib ki, energetika və ətraf mühitlə bağlı məsələlər Azərbaycanla YUNİDO arasında əsas əməkdaşlıq istiqamətlərindən biridir, - BMT-nin rəsmi saytı xəbər verir.
"Texniki əməkdaşlıq sahəsində YUNİDO-nun proqramları həmişə istehlakçı ölkələrin sosial-iqtisadi şəraitini nəzərə almaqla qurulur", - Yumkella Azərbaycana səfəri zamanı deyib.
Onun sözlərinə görə, "YUNİDO ölkələrə beynəlxalq, xüsusilə də, Dünya Ticarət Təşkilatı ilə bağlı (DTT) razılaşmaları müşahidə etməkdə yardım etməklə Azərbaycana ticarət sahəsində imkanların artırılmasında kömək edə bilər. YUNİDO, həmçinin, dövlət və özəl şirkətlərin dəstəyi ilə ölkəyə dünya bazarında yüksək rəqabət imkanlarına malik məhsullar təqdim edə bilər", - Yumkella deyib.
YUNİDO-nun direktorunun sözlərinə görə, təşkilat, həmçinin, investisiya və texnoloji inkişaf, korporativ sosial məsuliyyət, keyfiyyət və standartlaşdırma sahəsində Azərbaycana yardım göstərə bilər.