...

Azərbaycan və Suriya mərkəzi bankları nağd pul sferası üzrə təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 18:29 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü və Suriya Mərkəzi Bankı sədrinin birinci müavini Məhəmməd Teysir əl-Ərbini ilə işgüzar görüş keçirilib.
Azərbaycan və Suriya mərkəzi bankları nağd pul sferası üzrə təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankında Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü və Suriya Mərkəzi Bankı sədrinin birinci müavini Məhəmməd Teysir əl-Ərbini ilə işgüzar görüş keçirilib. Bu barədə AMB-nin cümə günü yayılan məlumatında deyilir.

Görüşün əsas məqsədi nağd pul sferası üzrə məsələlərin müzakirəsi və bu sahələr üzrə Azərbaycan Mərkəzi Bankının təcrübəsi ilə, eyni zamanda, Mərkəzi Bankda istifadə olunan pul nişanlarının avtomatlaşdırılmış emalı sistemləri və saxlanc sistemləri ilə daha yaxından tanışlıq olub.

Suriya Mərkəzi Bankı sədrinin birinci müavini Məhəmməd Teysir əl-Ərbini bu sahələr üzrə Mərkəzi Bankın nailiyyətlərini yüksək qiymətləndirərək, gələcəkdə nağd pul sferası üzrə beynəlxalq standartların öyrənilməsi üçün təcrübə mübadiləsinin keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti