...

Azərbaycanın cənub rayonlarına dəmiryol nəqliyyatı bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 16:09 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə qatarların hərəkətini bərpa edəcək.
Azərbaycanın cənub rayonlarına dəmiryol nəqliyyatı bərpa edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə qatarların hərəkətini bərpa edəcək. Bu barədə bazar ertəsi QSC-dən yayılan məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bərpa işləri davam etdirilən məntəqələrdə qatarlar sürət limiti ilə hərəkət edəcək.

Azərbaycan Nəqliyyat Nazirliyindən əvvəlcədən məlumat verildiyi kimi, cənub istiqamətində dəmir yollarında bərpa işləri iki-üç ay ərzində tamamilə başa çatdırılacaq

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.

Həmçinin, 38 kilometr uzunluğunda rabitə, 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin, yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Su səviyyəsinin artması ilə əlaqədar dəmiryolun 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmiryol yatağı beş yerdən yarılmışdı. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdı.

Xəbər lenti

Xəbər lenti