...

"AZPROMO" WAİPA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Direktorlar Şurasının üzvü seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2010 12:06 (UTC +04:00)
İyunun 28-dən 30-dək Argentinanın Buenos-Ayres şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 15-ci Dünya İnvestisiya Konfransı keçirilib. Tədbirdə iqtisadi inkişaf prosesi, investisiyaların cəlb edilməsi sahəsində mövcud vəziyyət, maliyyə islahatları və investisiyaların maliyyələşdirilməsi mövzuları ilə bağlı müzakirələr aparılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
"AZPROMO" WAİPA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Direktorlar Şurasının üzvü seçilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir N.İsmayılova/

İyunun 28-dən 30-dək Argentinanın Buenos-Ayres şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 15-ci Dünya İnvestisiya Konfransı keçirilib. Tədbirdə iqtisadi inkişaf prosesi, investisiyaların cəlb edilməsi sahəsində mövcud vəziyyət, maliyyə islahatları və investisiyaların maliyyələşdirilməsi mövzuları ilə bağlı müzakirələr aparılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Konfransda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov ölkənin biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
WAİPA-nın Direktorlar Şurasında "AZPROMO" İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə üzvü seçilib.

"AZPROMO"nun WAİPA-nın Direktorlar Şurasında təmsil olunması Azərbaycanda əldə edilmiş uğurlar, davam etdirilən iqtisadi islahatlar barədə məlumat mübadiləsi, investisiya imkanlarının daha geniş təşviq edilməsi, dünyanın bir çox oxşar agentlikləri ilə "AZPROMO"nun birbaşa əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin, regionda fəaliyyətinin daha da genişləndirilməsi imkanları yaradır.

WAİPA 1995-ci ildə Cenevrədə yaradılıb və 161 ölkədən 245 üzvü var. Assosiasiyanın Direktorlar Şurasında 11 ölkə təmsil olunub. Bunlar Braziliya, İndoneziya, İspaniya, İtaliya, Sloveniya, Meksika, Argentina, BƏƏ, Çin və Kamerun ölkələridir. Azərbaycan Respublikası Cənubi Qafqaz və MDB ölkələrindən WAİPA-nın Direktorlar Şurasına seçilən yeganə təmsilçidir.

WAİPA-nın başlıca məqsədi investisiyalara kömək üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti