...

Bakıda SPECA-ya üzv ölkələrin nazirlərinin görüşü keçiriləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 12:57 (UTC +04:00)
Dekabrın əvvəllərində Bakıda BMT-nin Mərkəzi Asiya ölkələri üçün xüsusi iqtisadi proqramına üzv dövlətlərin nazirlərinin görüşü keçiriləcək, - bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev bildirib.
Bakıda SPECA-ya üzv ölkələrin nazirlərinin görüşü keçiriləcək (FOTO)

Bakı, Azərbaycan, 8 iyul /Trend, müxbir N.İsmayılova/

Dekabrın əvvəllərində Bakıda BMT-nin Mərkəzi Asiya ölkələri üçün xüsusi iqtisadi proqramına üzv dövlətlərin nazirlərinin görüşü keçiriləcək, - bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev bildirib.

Bu çərçivədə Bakıda cümə axşamı təqdim olunan - Azərbaycan və SPECA-nın digər ölkələrində ticarət və humanizmin inkişafında təfərrüatların qiymətləndirilməsi hazırlanıb.

"Hər ölkə üzrə qiymətləndirmə dekabrın 1-2-də Bakıda SPECA-ya üzv ölkələrin görüşündə təşkil olunacaq", - Vəliyev deyib.

Vəliyevin sözlərinə görə, görüş çərçivəsində donorlar tərəfindən maliyyələşdirilən layihələrin gerçəkləşdirilməsi mümkün olan yekun hesabatı və bəyannamənin qəbul olunması gözlənilir.

Onun sözlərinə görə, 2010-cu ilin yanvar-may aylarında Azərbaycanın ÜDM-i 4,5%, onun adambaşına düşən həcmi isə 3,1 % təşkil edib. Beş ayın yekun nəticələrinə görə, ölkənun ticarət dövriyyəsinin həcmi 10,6 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 126 ölkə ilə ticari əlaqələr yaradıb və cari ticarətin müsbət qalığı 5,8 milyard dollar təşkil edib. 2009-cu ilin analoji dövrü ilə müqayisədə, ölkənin ticarət dövriyyəsinin həcmi 53,5, ixracı 78, idxalı isə 4,4 faiz artıb.

Azərbaycan regionda ixracat imkanları və ticari əlaqələri genişləndirmək üçün 2008-ci ildə BMT və Ümumdünya Ticarət Təşkilatının yardım mexanizminə qoşulmaq təşəbbüsünü irəli sürüb.

Xəbər lenti

Xəbər lenti