...

Alman sahibkarları Azərbaycan iqtisadiyyatına sərmayə yatırımlarına böyük maraq göstəriblər - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 12:55 (UTC +04:00)
Alman sahibkarları Azərbaycan iqtisadiyyatına, xüsusilə də, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə sərmayə yatırımına böyük maraq göstəriblər, - cümə günü Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinə həsr olunmuş mətbuat konfransı zamanı Texniki Əməkdaşlıq üzrə Almaniya Cəmiyyətinin eksperti Volfanq Ayqner deyib.
Alman sahibkarları Azərbaycan iqtisadiyyatına sərmayə yatırımlarına böyük maraq göstəriblər - ekspert

Аzərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ü.İsmayılova/

Alman sahibkarları Azərbaycan iqtisadiyyatına, xüsusilə də, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə sərmayə yatırımına böyük maraq göstəriblər, - cümə günü Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinə həsr olunmuş mətbuat konfransı zamanı Texniki Əməkdaşlıq üzrə Almaniya Cəmiyyətinin eksperti Volfanq Ayqner deyib.

Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri iyunun 20-dən 29-na qədər davam edib. Nümayəndə heyətinin tərkibinə 12 sahibkar daxil idi. Nümayəndə heyəti iştirakçıları Cənubi Almaniyanın turizm imkanları, həmçinin, turizm sahəsində ölkənin təcrübəsi ilə tanış olublar.

Səfərə GTZ Özəl Sektoruna yardım proqramı, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, həmçinin, Azərbaycan Turizm İnstitutu təşkilatçılıq ediblər.

"Azərbaycanlı sahibkarların səfərinin əsas məqsədini alman həmkarları ilə birgə əməkdaşlıq üçün turizm sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların həvəsləndirilməsi, həmçinin, dövlət strukturları ilə əməkdaşlıq, alman həmkarlarının təcrübələri barədə sahibkarların məlumatlandırılması, eləcə də Azərbaycana alman sərmayələrinin cəlb olunması təşkil edir", - Ayqner deyib.

Ayqnerin sözlərinə görə, səfərin yekununda hər iki ölkə sahibkarları arasında əməkdaşlığın fəallaşdırılması barədə razılığa gəlinib, həmçinin, alman sahibkarlarının Azərbaycana, xüsusilə də alternativ və bərpa olunan enerji mənbələrinə sərmayə yatırımları məsələsi nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti