...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 18:19 (UTC +04:00)
İyulun 19-dan ölkənin Mərkəzi Bankı yanındakı Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli sənədsiz təmin olunmamış adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 19-dan ölkənin Mərkəzi Bankı yanındakı Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli sənədsiz təmin olunmamış adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə Bakı Fond Birjasının cümə axşamı yayılan məlumatında deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 103,5754 qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

AİF istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu il dekabrın 30-da qeydiyyata alınıb.

Emissiyanın ümumi həcmi illik 3,25 faizlik faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. Emissiyadan indiyədək 43 milyon manat yerləşdirilib.

İyulun 15-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti