...

Azərbaycanda daha bir dondurma istehsalçısı cərimə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 19:55 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən dondurma istehsalçısı "Camal Ltd" şirkətinə qarşı dörd min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda daha bir dondurma istehsalçısı cərimə edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən dondurma istehsalçısı "Camal Ltd" şirkətinə qarşı dörd min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materiallarının qanuna müvafiq qaydada məhv edilməsi barədə qərar qəbul olunub.

Bu tədbirlər "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə açılan işlə bağlı görülüb.

Şirkət istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərini pozub.

Əvvəllər oxşar maliyyə pozuntularına görə dondurma istehsalçısı "SABA" MMC 6,7 min manat məbləğində cərimə edilmişdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti