...

Azərbaycanda daha bir kiçik su elektrik stansiyası özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2010 15:24 (UTC +04:00)
Azərbaycan Mülkiyyət Məsələləri üzrə Dövlət Komitəsi investisya müsabiqəsinə "Zeyxur" kiçik su elektrik stansiyasının səhmlərini çıxarıb. Bu barədə şənbə günü dövlət komitəsindən bildiriblər.
Azərbaycanda daha bir kiçik su elektrik stansiyası özəlləşdirilir

Azərbaycan, Bakı, 31 iyul/Trend, müxbir N.İsmayılov/

Azərbaycan Mülkiyyət Məsələləri üzrə Dövlət Komitəsi investisya müsabiqəsinə "Zeyxur" kiçik su elektrik stansiyasının səhmlərini çıxarıb. Bu barədə şənbə günü dövlət komitəsindən bildiriblər.

Namizədlər mövcud su texnikası avadanlığının bərpası, yeni avadanlığın alışı və quraşdırılması üzrə təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər.

Namizədlər investisya təkliflərinin dəyərinin beş faizi həcmində bank zəmanətini təqdim etməlidirlər və dövlət büdcəsinə 200 min mantın köçürülməsi və ən azı 8 min özəlləşdirmə çekinin sıyahıdan silinməsi barədə təkliflər də irəli sürməlidirlər.

"Zeyxur" Qusar rayonunda yerləşir və elektrik enerjisinin istehsalı və satılmasında ixtisaslaşıb. Müəssisə 1972-ci ildən fəaliyyət göstərir. Satışın qiyməti 93 863 manat təşkil edir. Stansiyanın illik gücü 8,75 Meqavatdır.

Namizədlər müsabiqənin tələbləri, özəlləşdirmə planı və əlavə məlumatı 31 avqust 2010-cu il tarixinədək Bakı şəhəri, Y.Səfərov küç, 20 ünvanında saat 10:00-dan 18:00-dək tanış ola və əldə edə bilərlər.

Təkliflər dövlət komitəsinin binasında 2 sentyabr 2010-cu il tarixdə saat 15:00-dan müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək.

Hazırda mövcud doqquz su elektrik stansiyasından yeddisinin özəlləşdirilməsi başa çatıb. İndiyədək Şəki, Muğan, Quba, Nügədi, Qusar, "Çiçəkli" və "Balakən" su elektrik stansiyaları özəlləşdirilib. "Zeyxur" və "Çinarlı" su elektrik stansiyaları hələ ki dövlət mülkiyyətindədir.

İyulun 31-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti