...

Bakı-Tbilisi-Qars layihəsi strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün şərait yaradacaq – Türkiyənin nəqliyyat naziri (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2010 14:05 (UTC +04:00)
Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılması layihəsinin reallaşdırılması Azərbaycan, Gürcüstan və Türkiyə arasında gələcəkdə strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün şərait yaradacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım Bakıda keçirilən layihənin Əlaqələndirmə Şurasının ikinci iclası çərçivəsində deyib.
Bakı-Tbilisi-Qars layihəsi strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün şərait yaradacaq – Türkiyənin nəqliyyat naziri (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E. İsmayılov/

Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılması layihəsinin reallaşdırılması Azərbaycan, Gürcüstan və Türkiyə arasında gələcəkdə strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün şərait yaradacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım Bakıda keçirilən layihənin Əlaqələndirmə Şurasının ikinci iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda tərəflər iki iri enerji layihəsi - Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çərçivəsində əməkdaşlıq edir, iki ölkə arasında dəmiryol nəqliyyatının yaradılması strateji əməkdaşlığı daha da möhkəmləndirəcək.

Bu dəmiryol xəttinin açılışı Asiyadan Qafqaz vasitəsilə Türkiyə və Avropaya çıxışı təmin edir.

Nazirin sözlərinə görə, Əlaqələndirmə Şurasının ikinci iclasının keçirilməsi tərəflər arasında layihə çərçivəsində görülən işlərin gedişinin müzakirəsi və yaranan problemlərin həlli baxımından çox vacibdir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov iclasda bildirib ki, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır və onlar başa çatdıqdan sonra, Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkə arasında birbaşa dəmiryol nəqliyyatını təmin edəcək.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin sözlərinə görə, Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi ilə bağlı danışıqlar aparıblar. O, əldə olunmuş razılaşmaların Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin vaxtında reallaşmasını və onun müəyyən olunan müddətdə istismara verilməsini təmin etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti