...

"Palmali" öz yeni tankerini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2010 19:29 (UTC +04:00)
"Palmali" Şirkətlər Qrupu "Armada" tipli yeni tankerini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırıb.
"Palmali" öz yeni tankerini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırıb

Azərbayacn, Bakı, 4 avqust /Trend/

"Palmali" Şirkətlər Qrupu "Armada" tipli yeni tankerini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırıb. Bu barədə strukturun çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, yeni tanker suya oktyabrın 15-də Türkiyənin Beşiktaş gəmiqayırma zavodundan buraxılacaq.

İbrahimov iyunun 18-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən bir neçə erməni əsgərini məhv edərək qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

2009-cu il oktyabrın 8-də "Palmali" Türkiyənin gəmiqayırma zavodu ilə "Armada" tipli 10 tankerin tikilməsi haqqında saziş imzalayıb. Bu tanker adıçəkilən saziş çərçivəsində suya buraxılacaq ilk gəmi olacaq.

Xəbər lenti

Xəbər lenti