...

Azərbaycan İpoteka Fondu istiqrazların emissiya prospektinin 72 faizini yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2010 19:25 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 5 milyon manat məbləğində yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycan İpoteka Fondu istiqrazların emissiya prospektinin 72 faizini yerləşdirib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 5 milyon manat məbləğində yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Sifarişlər üç investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 5,918 milyon manat (faktiki 6, 046 milyon manat ) təşkil edib. Sifarişlər cari 102,1293 faiz qiymətdə təqdim edilib. Hərraca çıxarılan istiqrazların hamısı tam yerləşdirilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir. İstiqrazların yerləşdirilməsi üzrə ilkin təşkilatçı qismində Azərbaycan Mərkəzi Bankı çıxış edib.

AİF-in istiqraz vərəqələrinin emissiya prospektləri Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası tərəfindən 30 dekabr 2009-cu ildə qeydə alınıb.

Emissiyaların ümumi həcmi illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. Bugünkü yerləşmə nəzərə alınmaqla, indiyədək 54 milyon manat məbləğində istiqraz realizə olunub ki, bu da emissiyaların 72 faizini təşkil edir.

Avqustun 9-na rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti