...

Azərbaycan İnvestisiya Şirkəti kapitalı 1,8 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2010 19:01 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən səhmləri 100% dövlətə məxsus olan "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən 70 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb. Bu barədə QKDK-nın bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycan İnvestisiya Şirkəti kapitalı 1,8 dəfə artırıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən səhmləri 100% dövlətə məxsus olan "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən 70 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb. Bu barədə QKDK-nın bazar ertəsi yayılan məlumatında deyilir.

QKDK, səhmlərin hər birinin nominal dəyəri 100 manat olan 700 min ədəd səhmi qeydiyyata alıb.

Səhmlərin yerləşdirilməsi nəticəsində, Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı dövlət vəsaitləri hesabına 70 milyon manatdan 160 milyon manatdək artırılacaq. AİŞ-in kapitalaına əlavə vəsaitlərin cəlb edilməsi sayəsində ötən il imzalanan niyyət protokolları əsasında bir neçə layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.

2006-cı ildə şirkət yaradılarkən 90 milyon manat məbləğində formalaşan AİŞ-in nizamnamə kapitalı artıq tam bölüşdürülüb.

AİŞ-in minimal investisyası bir milyon manat məbləğində həyata keçirilə bilər. İnvestisyaların maksimal həddi AİŞ-in kapitalının bir layihə və ya onunla əlaqəli olan strukturu üçün 20 faiz səviyyəsində müəyyənləşib.

AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Şirkətin yeganə təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.

Avqustun 16-na rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti