...

"Bank of Baku" mənfəəti 49% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2010 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Bank of Baku"nun xalis mənfəəti iyulun 31-də 7 896 min təşkil edib ki, bu da 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 49% çoxdur. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, bank əhalinin tələbat və ehtiyaclarını ödəmək naminə, düzgün və tarazlaşdırılmış siyasət aparan növbəti dəfə dinamik artım nümayiş etdirir, buna sübut isə bankın 2010-cu ilin II rübünə olan yaxşı maliyyə göstəriciləridir.

2010-cu ilin ilk altı ayının nəticələrinə görə bankın ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi 36,37%, ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi isə 6,76% təşkil edib.

Bankın aktivləri keçən ilin analoji göstəricisi ilə müqayisədə 28% artaraq, 221 535 min manat təşkil edib. Müştəriləri üçün müntəzəm olaraq həyata keçirdiyi effektiv kredit kampaniyaları nəticəsində bankın kredit portfeli də genişlənib: kredit portfelinin həcmi 2009-cu ilin analoji göstəriciləri ilə müqayisədə 30% artaraq, 166 985 min manat təşkil edib. O cümlədən, 2009-cu ilin iyul ayının göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 42% artaraq, 133 722 min manat təşkil edir; bu isə əhalinin kreditləşməsinin tempini əminliklə artıran bankın müvəffəqiyyətli kredit siyasətinin parlaq əlamətidir.

II rübdə "Bank of Baku"nun əmanətlərinin də xeyli artımı müşahidə olunur: 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə, bankın depozit portfeli 36% genişlənərək, 171 586 min manat təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 71% artaraq, 102 375 min manat təşkil edib; bu isə "Bank of Baku" müştərilərinin yüksək etibarlılıq dərəcəsinin və loyallığının sübutudur.

Qeyd edək ki, "Bank of Baku" 2010-cu ilin II rübünü bankın dinamik inkişafını nümayiş etdirən müvəffəqiyyətli maliyyə göstəriciləri ilə başa vurmaqla yanaşı, həmçinin, strateji əhəmiyyət daşıyan proyektlərlə bağlı mühüm bir iş aparıb. Belə ki, ödənilmiş nizamnamə kapitalını 89% - 6 800 min manatdan 12 852 min manatadək artırıb; təklif olunan xidmət və məhsulların çeşidini genişləndirib,öz vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə başlayıb.

Xəbər lenti

Xəbər lenti