...

"AccessBank" təhsilalma imkanını daha əlverişli etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 14:50 (UTC +04:00)
Ölkənin kreditləşdirmə liderlərindən biri olan "AccessBank" kreditlə təhsil almaq üçün imkan yaradan yeni məhsulu istifadəyə buraxıb. Bankın cümə axşamı yaydığı məlumatda deyildiyinə görə, bu məhsul xüsusi olaraq, Azərbaycanda təhsilin səviyyəsini inkişaf etdirmək məqsədi ilə hazırlanıb.
"AccessBank" təhsilalma imkanını daha əlverişli etdi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Ölkənin kreditləşdirmə liderlərindən biri olan "AccessBank" kreditlə təhsil almaq üçün imkan yaradan yeni məhsulu istifadəyə buraxıb. Bankın cümə axşamı yaydığı məlumatda deyildiyinə görə, bu məhsul xüsusi olaraq, Azərbaycanda təhsilin səviyyəsini inkişaf etdirmək məqsədi ilə hazırlanıb.

Bu kredit, təhsil almaq arzusunda olan, amma ödənişli ali təhsil müəssisələrində (Azərbaycanda və xaricdə) təhsil almaq imkanı olmayan tələbələrə veriləcək. Bu məhsulun fərqləndirici cəhəti ondan ibarətdir ki, təhsildə uğurlar qazanan, yəni əlaçı tələbələrə verilən kreditlər üzrə faiz dərəcələri hər bir yeni təhsil ilində aşağı salına bilər.

"AccessBank"ın baş meneceri Andrü Pospilovski yeni kredit məhsulunun istifadəyə verilməsini şərh edərək deyib: "Təhsil insanın yatıra biləcəyi ən qiymətli sərmayədir və biz şadıq ki, indi "AccessBank" təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş kreditlər təklif edə bilir".

Qeyd etmək lazımdır ki, "AccessBank"ın kredit portfeli 348 milyon ABŞ dollarından, müştərilərinin sayı isə 120 000 nəfərdən artıqdır. Bu göstəricilər, ilin əvvəlindən etibarən, kredit portfelinin 51 milyon dollar, kreditləşdirilən müştərilərin sayının isə 20 000 nəfərdən çox artdığını nümayiş etdirir. Bankın bir ay ərzində verdiyi 10 000-dən artıq kreditin          2 000-dən çoxu istehlak məqsədləri ilə verilir. Bu cür sürətli inkişaf bankın mütəmadi olaraq yeni, rahat və əlverişli kredit məhsulları işləyib-hazırlaması ilə şərtlənir.

"АccessBank"ın missiyası aşağı və ortagəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan özəl bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+). "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, "Kfw Development Bank" - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "AccessHolding" (16,5%) və Almaniyanın "LFS Financial Systems GmbH" (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti