Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Avqusta olan məlumata görə, Gürcüstanın rəsmi ehtiyat aktivləri 1 948,6 milyon dollar təşkil edib.
Gürcüstan Milli Bankından verilən məlumata görə, bu göstərici iyula olan analoji məlumatlarla müqayisədə 1,3 milyon dollar çoxdur.
Rəsmi ehtiyat aktivlərində xarici valyutada olan ehtiyatlar 1 737,3 milyon dollar, qiymətli kağızlarda isə 869,7 milyon dollar təşkil edir.