...

Azərbaycan Prezidentinin pensiyaların artırılmasına dair sərəncamının yerinə yetirilməsində heç bir problem olmayacaq - əmək nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 18:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyasının baza hissəsinin 75 manatdan 85 manatadək artırılmasına dair sərəncamının yerinə yetirilməsində heç bir problem olmayacaq.
Azərbaycan Prezidentinin pensiyaların artırılmasına dair sərəncamının yerinə yetirilməsində heç bir problem olmayacaq - əmək nazirinin müavini

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyasının baza hissəsinin 75 manatdan 85 manatadək artırılmasına dair sərəncamının yerinə yetirilməsində heç bir problem olmayacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhmiov deyib.

"Prezidentin sərəncamının yerinə yetirilməsində heç bir problem olmayacaq, vətəndaşlara pensiyalar artımla vaxtında veriləcək", - Rəhimov qeyd edib.

Onun sözlərinə görə, bu məqsədlər üçün vəsaitlərin ayrılması ilə əlaqədar bütün məsələlər Maliyyə Nazirliyi ilə razılaşdırılıb, eləcə də Əmək Nazirliyinin yerli strukturlarına müvafiq təlimatlar verilib.

Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının və əmək pensiyasının baza hissəsinin artırılması haqqında iki sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği sentyabrın 1-dən 85 manat, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği də 85 manat müəyyən edilir.

Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dediyinə görə, 1 116 000 nəfərin baza pensiyası 10 manat artacaq.

"1 116 000 nəfərin baza pensiyası 10 manat, 15 000 birinci qrup əlillərin 12 manat, 7136 ikinci qrup əlillərin 20 manat, 27600 üçüncü qrup əlillərin 5,5 manat, ailə başçısını itirən iki və daha artıq uşağı olan 87675 ailə üzvlərinin 5 manat, həlak olan Milli Qəhrəmanların ailələrinin 78 üzvünün 20 manat, şəhid ailələrinin 19 mindən çox üzvünün 18,5 manat, birinci qrup müharibə əlillərinin 20 manat, ikinci qrup müharibə əlillərinin 17 manat, üçüncü qrup müharibə əlillərinin 15 manat, İkinci Dünya müharibəsi iştirakçılarının 15 manat, İkinci Dünya müharibəsinin birinci qrup əlillərinin 24 manat, İkinci Dünya müharibəsinin ikinci qrup əlillərinin 21 manat, İkinci Dünya müharibəsinin üçüncü qrup əlillərinin 19 manat, əmək qabiliyyətsiz birinci və ikinci qrup əlillərin qohumlarının 11 manat, siyasi repressiyalara məruz qalan və sonradan reabilitasiya olunmuş şəxslərin 11 manat, müharibə iştirakçılarının baza pensiyası isə 11 manat artırılıb", - Müslümov bildirib.

Onun sözlərinə görə, ümumilikdə bu ödənişlərin edilməsi üçün hər ay Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 12,4 milyon manat ayrılacaq.

"Bu ilin sonunadək dörd ay ərzində 50 milyon manata yaxın əlavə vəsait lazım olacaq", - Müslümov qeyd edib.

Sentyabrın 13-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti