...

Azərbaycan bankı "Bank of Baku" "Sumqayıt" şöbəsini ləğv edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 17:53 (UTC +04:00)
"Bank of Baku" ASC-nin Müşahidə Şurasının iclasının qərarı ilə bankın Sumqayıt şəhəri, Metallurqlar küç., 1, ünvanında yerləşən şöbəsi ləğv olunur.
Azərbaycan bankı "Bank of Baku" "Sumqayıt" şöbəsini ləğv edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Bank of Baku" ASC-nin Müşahidə Şurasının iclasının qərarı ilə bankın Sumqayıt şəhəri, Metallurqlar küç., 1, ünvanında yerləşən şöbəsi ləğv olunur. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Bununla əlaqədar olaraq, bankın Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müvafiq müraciətinə 27 sentyabr tarixində müsbət cavab verilib.

Şöbənin ləğv olunması filial şəbəkəsinin effektivliyin artırılması məqsədilə müştəri kütləsinin "Bank of Baku"nun "Sumqayıt" filialına yönləndirilməsi ilə bağlıdır. Hazırda "Bank of Baku"nun 15 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, ləğv olunan "Sumqayıt" şöbəsidir, "Sumqayıt" filialı isə əvvəlki kimi müştərilərə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti