...

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunun kapitallaşması ilə bağlı vəziyyəti qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı minimum məbləğin tələblərinə cavab verməyən banklarda vəziyyəti qiymətləndirir. Bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov deyib.

"Əvvəllər AMB bu banklarla birlikdə kapitallaşma üzrə birgə proqram həyata keçirib və indi biz yenidən bu banklardakı vəziyyəti qiymətləndiririk. Səhmdarlar bəzi öhdəlikləri yerinə yetirdikdən sonra AMB müvafiq qərar qəbul edəcək", - Orucov vurğulayıb.

Azərbaycanda bankların məcmu kapitalına minimum tələb artıq uzun müddətdir ki 10 milyon manat səviyyəsində saxlanılır. AMB-nın statistik məlumatlarına əsasən, ölkədə fəaliyyət göstərən 47 bankdan 3-də kapital beş milyon manatdan 10 milyon manata qədər, bankın birində 3,5 milyon manatdan beş milyon manata qədər formalaşıb, banklardan biri isə onu 3,5 milyon manat diapazonda ödəyib.

Avqustda Azərbaycanın bank sektorunun kapitallaşması 1,9 faiz, ilin başlanğıcından isə 5,4 faiz artaraq 2113,36 milyon manat təşkil edib.

Oktyabrın 5-nə olan rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti